UEFA reytinqi
Dünən keçirilən Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın Şotlandiya təmsilçisi “Seltik”lə Bakıdakı qolsuz heç-heçəsi ölkəmizin hesabına 0,125 xal artırıb. Bununla da cari mövsüm üçün topladığımız əmsal 2,000-yə çatıb. Aktivimizə “Qəbələ” və “İnter” daha çox - hərəyə 0,625, “Qarabağ” 0,500, “Neftçi” 0,250 xal qazandırıb.
Azərbaycan siyahıda 29-cu yerini qoruyub. Lakin 28-ci olan Serbiya bizimlə fərqi artırıb. “Partizan”ın qələbəsi sayəsində serblər Azərbaycandan bir qədər də uzaqlaşıb.
Qeyd edək ki, siyahıya 84,213 xalla İspaniya başçılıq edir.
saytlarin hazirlanmasi