"Qəbələ" ilə matç öncəsi "Apollon"a azərbaycanlı hakerlərin "sürpriz"i

16:55 - 6 Avqust 2015

Qısa müddətdən sonra saytın əvvəlki iş rejimi bərpa olunub
 
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün "Qəbələ" ilə cavab matçına çıxacaq Kiprin "Apollon" klubu azərbaycanlı hakerlərin hücumu ilə qarşılaşıb.
 
Sportal.az xəbər verir ki, Limassol klubunun rəsmi saytı hakerlərin hücumuna məruz qalıb.
 
Belə ki, saytı dağıdan hakerlər əsas səhifəyə "Qəbələ"nin kapitanı Cavid Hüseynovun Larnakadakı ilk oyunda penaltidən vurduğu qoldan sonra hamıya bəlli olan jestinin görüntüsü, eləcə də Azərbaycan, Türkiyə, həmçinin Şimali Kipr bayraqlarını yerləşdiriblər.
 
Lakin qısa müddətdən sonra saytın əvvəlki iş rejimi bərpa olunub.

Xəbər xətti