Zalı tərk ediblər
Azərbaycanlı mətbuat nümayəndələri "Apollon"nun baş məşqçisi Pedru Emanuel duş Santuşun Avropa Liqasının üçüncü təsnifat mərhələsində Bakıda "Qəbələ"yə qarşı matçdan sonra mətbuat konfransını boykot ediblər.
Sportal.az xəbər verir ki, buna onun yerli media nümayəndələrinə qarşı hörmətsizlik etməsi səbəb olub.
Konfrans otağına daxil olan "Apollon"nun baş məşqçisivaxtının az olduğunu və sadəcə öz həmvətənləri üçün yunan dilində danışacağını deyib. O, getdikdən sonra fikirlərinin Azərbaycan və ingilis dilinə tərcümə oluna biləcəyini söyləyib.
Rəqibin baş məşqçisinin bu münasibətini və dünən də mətbuat konfransında iştirak etməməsini bəyənməyən yerli mətbuat nümayəndələri onu boykot edərək, zalı tərk ediblər.
saytlarin hazirlanmasi