Tərəflər arasında gərginlik
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Kipr "Apollon"u arasında keçirilmiş cavab oyunundan sonra qalmaqal yaşanıb.
Sportal.az xəbər verir ki, buna səbəb polislərin oyunu izləməyə gələn fanatların üzərinə hücum çəkməsi olub. Belə ki, Kipr təmsilçisinin əleyhinə şüarlar səsləndirən fanatlara yaxınlaşan təhlükəsizlik işçiləri onları susdurmağa çalışıblar. Lakin bu tərəflər arasında gərginliyə gətirib çıxarıb. Nəticədə, polislər avtobusla Qəbələdən gəlmiş azarkeşlərə qarşı zor tətbiq etməyə başlayıblar.
Qarşıdurma zamanı bir neçə azarkeşin ciddi xəsarət aldığı bildirilir. Onlar dərhal xəstəxanalara çatdırıblar. Digər fanatlar isə polislərin təzyiqi nəticəsində arenadan uzaqlaşdırılıblar. (azersiport.az)
saytlarin hazirlanmasi