Oyun haqda məlumat verilib
"Qəbələ"nin tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlməsi və Cavid Hüseynovun oyundan sonra etdiyi jest Türkiyə mətbuatının da diqqətindən kənarda qalmayıb.
Sportal.az xəbər verir ki, artıq bu oyun haqda bir neçə Türkiyə KİV-ində informasiya yayılıb. "Qəbələ"nin evdə Kipr klubu "Apollon"u 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlməsi, eləcə də 15 min azarkeşin izlədiyi oyun ərzində Türkiyə və Şimali Kipr Türk Respublikası lehinə şüarlar səsləndirilməsi vurğulanıb. Matçda vurulan yeganə qolun müəllifi Cavid Hüseynovun hakimin final fitindən sonra Azərbaycan və Türkiyə bayraqları ilə stadionda dövrə vurması da xüsusi qeyd olunub.
saytlarin hazirlanmasi