"Roma"nın yeni transferini azarkeşlər belə qarşıladı VİDEO

01:15 - 7 Avqust 2015

Edin Dzeko paytaxt klubyla müqavilə bağlayır
 
“Mançester Siti”nin hücumçusu Edin Dzekonun “Roma”ya keçidi baş tutmaq üzrədir.
 
Sportal.az xəbər verir ki, bosniyalı futbolçu rəsmi müqavilə bağlamaq üçün Romaya gəlib.
 
Ötən gün hava limanında 29 yaşlı futbolçunu “Roma” klubunun fanatları qarşılayıb. İtaliya mətbuatının yazdığı son məlumatlara görə, Dzekonun keçidi qarşılığında paytaxt təmsilçisi “zadəganlar”a 18 milyon avro ödəyəcək.         

 

Xəbər xətti