"Benfika" Mitroğlunu transfer etməyə yaxındır

01:38 - 7 Avqust 2015

Yunanıstanlı hücumçu İngiltərəyə qayıtmaq istəmir
 
Yunanıstan millisinin aparıcı üzvü Konstantinos Mitroğlu karyreasını Portuqaliyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, müqavilə hüququ “Fulhem”ə məxsus olan 27 yaşlı hücumçunu  “Benfika” düşərgəsinə qatmaq istəyir.
 
2014-cü ildə ölkəsində rekord məbləq (12 milyon avro) qarşılığında “Fulhem”ə transfer olunan yunan futbolçu İngiltərədə ümidləri doğrulda bilməyib. İngiltərə təmsilçisinin heyətində 3 oyun keçirən Mitroğlu bir müddət icarə əsasında “Fiorentina” klubunda oynayıb.
 
Ötən mövsümü “Olimpikaos” klubunda icarədə keçirən futbolçu “Fulhem”ə qayıtmaq istəmir. İngiltərə Premyer Liqasında oynamaq istəmədiyini bəyan edən Konstantin Mitroğlu “Benfika”ya keçməyə razılıq verib.                         

Xəbər xətti