Akvilaninin yeni komandasının adı bəlli oldu

02:16 - 7 Avqust 2015

İtaliyalı futbolçu Portuqaliya klubunda 
 
“Fiorentina” yla müqavilasi başa çatan Alberto Akvilanin çıxış edəcəyi yeni klubun adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını Portuqaliyada davam etdirəcək.
 
“Sportinq”in rəsmiləri italiyalı futbolçuyla müqavilə bağladığnı elan edib. Ötən mövsüm Florensiya təmsilçisinin heyətində 32 oyuna çıxan yarımmüdafiəçi 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
 
Qeyd edək ki, Akvilani karyerası ərzində “Roma”, “Yuventus”, “Liverpul” və “Milan” klublarında çıxış edib.         

Xəbər xətti