"Qələbə qazanmağımızda azarkeşlərin də payı böyükdür"
	 
	"Çox çətin sınaqdan sonra istədiyimizə nail olduq və pley-off mərhələsinə vəsiqə qazandıq".
	 
	Sportal.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Dodo Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Apollon"a qalib gəldikləri oyundan (1:0) sonra deyib. 
	 
	Təcrübəli futbolçu qələbədə azarkeşlərin payının böyük olduğunu bildirib: 
	 
	"Matçdan öncə ayağımda problemlər olmasına baxmayaraq sevinirəm ki, işimin öhdəsindən gələ bildim. Bizi yaxşı dəstəklədiklərinə görə azarkeşlərimizə təşəkkür edirəm. Qələbə qazanmağımızda azarkeşlərin də payı böyükdür"
                      
saytlarin hazirlanmasi