Çempionlar Liqasının pley-off mərhələsində cütlüklər bəlli oldu YENİLƏNİB

15:18 - 7 Avqust 2015

20 komanda iştirak etdi

 

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə 20 komanda iştirak edib. Həmin klublardan 15-i III təsnifat mərhələsinin qalibidisə, digər 5-i yarışa pley-offdan qoşulub. Pley-off mərhələsindəki bütün cülüklər bəlli olub.

 

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 18/19 avqust, cavab qarşılaşmaları isə 25/26 avqust tarixlərində keçiriləcək.

 

 
"Bazel" (İsveçrə) - 
“Makkabi” (Təl-Əviv, İsrail)

"Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)

BATE (Belarus) - "Partizan" (Serbiya), 

"Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya) 

"Astana" (Qazaxıstan) - APOEL (Kipr)

 

"Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika)

"Valensiya" (İspaniya) - “Monako” (Fransa)

"Sportinq" (Portuqaliya) - ÇSKA (Moskva, Rusiya), 

"Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)  

"Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Xəbər xətti