Rəşad Sadiqov: "Avropa Liqasının qrup mərhələsinə düşməyə gücümüz var"

12:03 - 7 Avqust 2015

"Layiq olduğumuz qələbəni qazandıq"

 

"Qəbələ" "Apollon"u mübarizədən kənarlaşdırıb, Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla tarix yazdı.

 

Qarşılaşmadan sonra "qırmızı-qaraların" futbolçusu Rəşad Sadiqov Sportal.az-a açıqlama verib. Təcrübəli futbolçu qələbəyə layiq olduqlarını bildirib: "Oyun çox ağır keçdi, gərginlik var idi. "Apollon" yaxşı komandadı, Avroliqanın qrupunda oynayıb. Buna baxmayaraq 2 oyunun nəticəsinə görə “Qəbələ” güclü idi. Layiq olduğumuz qələbəni qazandıq".

 

Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün güclərinin olduğunu deyib: "Qəbələ”yə hər cür şərait yaradılıb, Güclü oyunçularımız var.  Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa gücümüz var. Lakin bir az bəxtdən də asılıdı. Püşkatmanın nəticəsindən sonra dəyərləndirərik".

Xəbər xətti