5-i də xəstəxanadan buraxılıb
Dünən "Qəbələ" - "Apollon" matçının ardından baş verən qalmaqal sırasında polislər azarkeşlərə xəsarət yetirmiş və hətta 5 fanat xəstəxanaya aparılmışdı.
Xəstəxanaya yerləşdirilən azarkeşlərin son durumu ilə bağlı klubun marketinq üzrə meneceri Səməd Nəsibov Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Dünən xəstəxanaya 5 nəfər aparılıb. Dünən gecə onlardan 2-si buraxılıb, qalan 3 nəfərdən ikisi də tibbi müayinədən sonra buraxılıb. Qalan 1 nəfər isə dəqiq yoxlanmaq üçün bu günə qalıb. Yoxlamadan sonra məlum olub ki, heç bir problem olmayıb və bugün həmin azarkeş də xəstəxanadan çıxıb. Biz də xəsarət alanlarla bağlı mütəmadi olaraq əlaqə saxlayırıq, diqqət mərkəzində saxlayırıq".
saytlarin hazirlanmasi