"Panatinaikos"un baş məşqçisi: "Qəbələ"ni yaxşı öyrənəcəyik"

17:55 - 7 Avqust 2015

Püşkü dəyərləndirdi
 
Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə qarşılaşacaq "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiou püşkü klubun rəsmi saytına dəyərləndirib.
 
Sportal.az xəbər verir ki, mütəxəssis "Qəbələ" haqda bunları deyib:
 
"Rəqibin tanış olmaması hər zaman bizi işimizə daha çox köklənməyə vadar edir. Azərbaycanda son illərdə futbol inkişaf edir. Rəqib haqda ətraflı məlumatımız yoxdur. Ancaq "Qəbələ"nin daha öncəki mərhələlərdə keçirdiyi oyunların videoyazılarını izləyərək rəqibi daha yaxşı öyrənəcəyik".
 
Qeyd edək ki, "Panatinaikos" və "Qəbələ" arasında ilk oyun avqustun 20-də Yunanıstanda, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Xəbər xətti