Şeydayev icarə əsasında çıxış edəcək
"Zenit"in Azərbaycan əsilli futbolçusu Ramil Şeydayev karyerasını "Rubin" klubunda davam etdirəcək.
Sportal.az xəbər verir ki, Şeydayev növbəti mövsümü icarə əsasında "Rubin"də keçirəcək. O, "Zenit"in heyətində 2014-cü ilin oktyabrında "Mordoviya" ilə görüşdə Premyer Liqada debüt edib. Şeydayev ümumilikdə Rusiya Premyer Liqasında cəmi 5 oyunda meydana çıxıb.
Qeyd edək ki, Şeydayev Rusiyanın 19 yaşadək futbolçulardan ibarət yığmasının heyətində bu ilin iyulunda keçirilən Avropa çempionatında vurduğu 12 qolla turnirin bombardiri olub.
saytlarin hazirlanmasi