"Qəbələ"nin 107 yaşlı rəqibini yaxından tanıyaq

19:15 - 7 Avqust 2015

20 qat Yunanıstan çempionu
 
Avropa Liqasında inamla irəliləyən "Qəbələ"nin pley-off mərhələsindəki rəqibi Yunanıstanın "Panatinaikos" klubudur.
 
Sportal.az xəbər verir ki, paytaxt Afinanı təmsil edən klub 1908-ci ilə yaradılıb. Yunanıstan ən köklü klublarından sayılan "Panatinaikos" superliqanı heç vaxt tərk etməyən 5 klubdan biridir. Bu klubun adı "Panathenaic", yəni "bütün Afina" məsasını ifadə edir.
 
"Panatinaikos"un prezidenti Giannis Alafouzos, baş məşqçisi isə Yannis Anastasioudur. Komanda ev oyunlarını 16 min tamaşaçı tutumuna malik "Apostolos Nikolaidis" stadionunda keçirir. Anastasiounun komandası əsasən yerli futbolçulardan təşkil olunub. Lakin klubda Qana, Portuqaliya, İsveç, Almaniya, Nigeriya, İngiltərə, Finlandiya, İspaniya, Danimarka və Xorvatiyadan olan futbolçular da çıxış edir. Doğma meydanda yaşıl-ağ rəngli formalardan istifadə edən klub, səfər görüşlərində qara-tünd göy rəngli formalara üstünlük verir. 
 
"Qəbələ"nin rəqibi ölkə daxilində qazandığı titullarla öyünə bilər. Belə ki, 20 dəfə Yunanıstan çempionu olan "Panatinaikos" 18 dəfə ölkə kubokuna sahib çıxıb. Beş dəfə ölkə superkubokunu başı üzərində qaldıran 107 yaşlı komanda 8 dəfə də qızıl dubl edib.
 
Avrokuboklara gəlincə "Qəbələ"nin rəqibi 1971-ci ildə Çempionlar kubokunun finalına yüksəlib. İki dəfə də turnirin yarımfinalında oynayan (1985, 1996) Afina təmsilçisi eyni sayda UEFA kubokunun finalında (1988, 2003) çıxış edib.
 
Ötən mövsümü ikinci pillədə başa vuran "Panatinaikos" Çempionlar Liqasının III təsnifat mərhələsində "Brügge" səddini keçə bilməyib. Səfərdə rəqibinə 0:3 hesabı ilə uduzan Yannis Anastasiounun komandası evdə 2:1 hesabı ilə qalib gəlsə də, bu mərhələ adlamaq üçün yetərli olmayıb.
 
Qeyd edək ki, "Panatinaikos" və "Qəbələ" arasında ilk oyun avqustun 20-də Yunanıstanda, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Xəbər xətti