"Polislər öz işlərini görürlər"
AFFA-nın Klublar Komitəsinin rəhbəri Tuyqun Nadirov "Qəbələ"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı oyunundan sonra polisin azarkeşlərə etdiyi zorakılığa münasibət bildirib.
Sportal.az xəbər verir ki, o, polislərin bu davranışlarının azarkeşləri futboldan uzaqlaşdıra biləcəyini deyib: "Polislər öz işlərini görürlər. Azərbaycanda belə problemlə üzləşməyən klub yoxdur. Belə problemləri həll etmək üçün oyunlardan öncə görüşlər keçirməliyik. Təhlükəsizlik xidmətinin əməkdaşları ilə 2-3 görüş keçirmək lazımdır. Qanunlara əməl etmək hər birimizin borcudur. Polislər də azərbaycanlıdırlar. Amma onların bu cür hərəkətləri fanatları futboldan uzaqlaşdıra bilər. Polislərə ona görə müraciət edirik ki, gəlsinlər, təhlükəsizliyə çalışsınlar. Onlar da gəlib, öz işlərini görürlər. Lakin yeni görüşlər keçirib, müzakirələr aparmaq lazımdır ki, fanatlarla polislər arasında belə problemlər yaranmasın".