"Qarabağ"ın rəqibi İsveçrə çempionatında nə ilə yadda qalıb?
Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" çıxış etdiyi İsveçrə Super Liqasında 3 qarşılaşmaya çıxıb.
Sportal.az xəbər verir ki, "arılar"ın bütün görüşlərdə hesab eyni olub - 1:1. "Yanq Boyz" ilk turda səfərdə "Zurix", 2-ci turda doğma meydanda "Luzern" və 3-cü turda isə səfərdə "St. Qallen"lə eyni hesablı heç-heçəyə razılaşıb.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi növbəti matçına avqustun 9-da saat 22:00-da çıxacaq.
saytlarin hazirlanmasi