Mövsümün ilk 3 xalı
İran çempionatında 2015/2016 mövsümünün ikinci turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu ötən gün mövsümdə ikinci matçına çıxıb. Komanda səfərdə "Qostareş"in qonağı olub. "Traktor Sazi" bu dəfə qələbə qazanmağa çalışıb və buna nail olub. Görüş təbrizlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"dən Təbriz təmsilçisinə transfer olunan Karlos Kardozo bu matçın start heyətində olub.
Qeyd edək ki, "Traktor Sazi" ötən mövsümün son matçında evdə "Naft Tehran"la 3:3 bərabərə qalaraq çempionluq şansını əldən verib.
saytlarin hazirlanmasi