Kambyasso Yunanıstana üz tutdu
Argentina millisinin sabiq üzvü Esteban Kambyasso Yunanıstana yollanıb.
Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu “Olimpiakos”la müqavilə bağlayıb.
Ötən mövsüm “Lester”də çıxış edən yarımmüdafiəçi İngiltərədə 31 oyuna 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, argentinalı futbolçu vaxtıyla Madrid “Real”ı və İtaliya “İnter”ində forma geyinib.
saytlarin hazirlanmasi