"Atletiko"nun hücumçusu İngiltərə klubunda

02:17 - 8 Avqust 2015

Raul Ximenes “Vest Hem”ə keçir
 
Madrid “Atletiko”sunun hücumçusu Raul Ximeneslə İngiltərə təmsilçisi maraqlanır.
 
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçunu “Vest Hem” heyətinə qatmağa hazırlaşır.
 
Madrid klubu start heyətində yer almayan meksikalı futbolçunu oyun təcrübəsi qazanmaq üçün icarə əsasında “Dumanlı Albion”a göndərməyə razıdır. Baş məşqçi Slaven Biliç “Vest Hem”in hücum xəttini gücləndirmək üçün Ximenesin transfer olunmasını istəyib.
 
Qeyd edək ki, geridə qalan mövsüm İspaniya La Liqasında 21 oyun keçirən futbolçu 1 qol vurub.              

Xəbər xətti