Azarkeşlər bəyanat yaydı

12:16 - 8 Avqust 2015

"Qəbələ" - "Apollon" matçında baş verən olaylarla bağlı

 

"Qəbələ" İdman Klubunun Bakı fan klubu UEFA Avropa Liqası III təsnifat mərhələsi çərçivəsində baş tutan "Qəbələ"-"Apollon" matçı zamanı və oyundan sonra baş verən xoşagəlməz hadisələrlə bağlı bəyanat yayıb.

 

Sportal.az fan klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bəyanatda deyilir:

 

"Gabala FC Baku Fan Club"un bütün üzvləri adından ictimaiyyətə çatdırmaq istədik ki, yeganə məqsədimiz ölkə daxilində və beynəlxalq idman arenalarında komandamıza dəstək olmaqdır. Bütün oyunlarda çalışırıq ki, komandamızda ruh yüksəkliyi yaradaq, onların oyuna köklənməsinə yardımçı olaq. Komandamızı etik davranışlar çərçivəsində dəstəkləmək və aqressiyadan, təxribatdan uzaq olmaq Fanklubumuzun prinsipial mövqeyidir. İstərdik ki, hüquq-mühafizə orqanları tribunalarda bizə dəstək olsunlar. Kütləvi insidentlərin iştirakçısı deyil, azarkeşlərimizin müdafiəçisi olsunlar. Digər inkişaf etmiş futbol ölkələrində olduğu kimi öz sevimli komandamızı şüarlar, plakatlar vasitəsilə dəstəkləmək imkanına malik olmaq istəyirik!"

 

Qeyd edək ki, bundan əvvəl "Qəbələ" İK baş verən hadisə ilə bağlı bəyanat yaymışdı. Bəyanatda klubun sözügedən oyunda baş verən hadisə də daxil olmaqla - idmanda hər cür zorakılığın əleyhinə olduğu bildirilib.

Xəbər xətti