Dünya Kuboku yarışlarının final mərhələsi
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində avqustun 8-də olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, "Qəbələ" Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir.
Atıcılığın 17 növü üzrə təşkil olunan bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparırlar. Ölkəmizi bu mötəbər yarışda 27 idmançı təmsil edir.
saytlarin hazirlanmasi