Emil Balayevin komanda yoldaşı Amerika klubunda

13:06 - 8 Avqust 2015

Nelson Valdez "Sitl Sanders" klubu ilə razılığa gəlib

 

Paraqvay millisinin təcrübəli futbolçusu Nelson Valdez karyerasını Amerikada davam etdirəcək. 

 

Sportal.az xəbər verir ki, Valdez "Sitl Sanders" klubu ilə razılığa gəlib. Paraqvaylı futbolçu Vaşinqton təmsilçisinin heyətində Klint Dempsi və Obafemi Martins kimi təcrübəli futbolçularla ön xəttdə çıxış edəcək. 

 

Qeyd edək ki, Valdezin son klubu millimizin qapıçısı Emil Balayevin də formasını geydiyi Almaniyanın "Ayntraxt" klubu olub. 

Xəbər xətti