Oyunçulara məlumat verilib
“Kəpəz” Peşəkar Futbol Klubunun rəhbərliyinin xahişi ilə avqust ayının 8-də AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov komandanın futbolçuları ilə görüş keçirib.
Sportal.az xəbər verir ki, görüşdə Məmmədov oyun qaydaları haqda oyunçulara məlumat verib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Komitə sədri həmçinin futbolçuların çoxsaylı suallarını cavablandırıb. Nəzərə alınıb ki, tərəflər arasında belə görüşlər mütamadi keçirilsin.
Sonda klubun rəhbərliyi görüşə görə Xəqani Məmmədova öz minnətdarlığını bildirib. (mətbuat xidməti)
saytlarin hazirlanmasi