"Amma bir az araşdırmaya ehtiyac var "
“Qəbələ”nin futbolçusu Cavid Hüseynov qohumları tərəfindən döyüldüyü iddia edilən jurnalist Rasim Əliyevi xəstəxanada ziyarət edib.
Sportal.az xəbər verir ki, apasport.az saytına bu barədə “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Döyülən jurnalistlə görüşdüklərini bildirən klub rəsmisi Rasim Əliyevin vəziyyətinin qənaətbəxş olduğunu deyib:
“Rasim Əliyevlə xəstəxanada görüşdük vəziyyəti qənaətbəxşdi. Həkimlə də görüşdük. Amma bir az araşdırmaya ehtiyac var və yəqin ki, buna sabah aydınlıq gələcək”.
saytlarin hazirlanmasi