"Qalatasaray" Superkuboka belə sahib oldu VİDEO

01:25 - 9 Avqust 2015

Yasin Öztek “Bursaspor”u üzdü
 
Türkiyə Superkubokunun yeni qalibi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki,  həlledici görüşdə "Qalatasaray" və "Bursaspor" komandaları üz-üzə gəlib.
 
Bu qarşılaşmada oyunun taleyini bir qol həll edib. 21-ci dəqiqədə Yasin Özbəkin vurduğu qol "Qalatasaray"a 1:0 hesablı qələbə qazandırıb. 
 
Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm həm Superliqanın, həm də ölkə kubokunun qalibi olub. "Bursaspor" isə kubokun finalçısı kimi superkubokda oynamaq hüququ əldə edib. 
 
 
8 avqust
 
 
"Qalatasaray" - "Bursaspor" 1:0
Qol: Yasin Öztekin, 21
Qırmızı vərəqə: Əmrə Çolak, 88 ("Qalatasaray")

 

Xəbər xətti