Sebastyan Rode “Volfsburq”a üz tutur
“Bavariya”nın hücumçusu Sebastyan Rode klubunu dəyişmək qərarına gəlib.
Sportal.az xəbər verir ki, 24 yaşlı forvard növbəti mövsümü “Volfsburq”da icarə əsasında keçirə bilər.
Münhen təmsilçisinin əsas heyətinə düşə bilməyən futbolçunu “canavarlar”la yanaşı, Leverkuzen “Bayer”i də sıralarına qatmağa hazırlaşır.
Qeyd edək ki, ötən mövsüm “Bavariya”da 35 oyun keçirən Rode 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi