"Hesab oyuna görə oldu"
"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov futbol üzrə Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün ilk turunda keçirilən "Qəbələ"-"Qarabağ" oyunun yekunlarını dəyərləndirib.
Sportal.az xəbər verir ki, F.Nəcəfov deyib ki, hər iki komandada yorğunluq vardı: "Əslində biz artıq vərdiş etməliyik. Qarşıda yeni oyunlar var. Bilirdik ki, qarşıda maraqlı və gərgin oyun olacaq. Məncə hesab oyuna görə oldu".
"Qəbələ" klubunun Avropa Liqasındaki çıxışına da münasibət bildirən klub rəsmisi qeyd edib ki, "Qəbələ" klubu bu günədək çox yaxşı oyun sərgiləyib: "Növbəti turda bizi ağır səfər gözləyir. “Panatinaikos” çox güclü komandadır. Ancaq bizim başqa yolumuz yoxdur. İrəli və ancaq İrəli!"
“Panatinaikos”la qarşılaşmada oyunçuların təhlükəsizliyi məsələsini də şərh edən "Qəbələ"-nin vitse-prezidenti bildirib ki, xoşagəlməz insidentlərin baş verməməsi üçün klub rəhbərliyi UEFA-ya müraciət ünvanlayacaq.
F.Nəcəfov son olaraq “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlının vəfat edən jurnalist Rasim Əliyevi ziyarət etməsi ilə bağlı xəbərlərə münasibət bildirib: "Səbuhi menecer olaraq klub futbolçusunu xəstənin yanına tək buraxmamaq üçün onunla gedib. Allah rəhmət eləsin! Valideyinlərə başsağlığı veririk. Çox xoşagəlməz haldır. Mən inanıram ki, Cavidin bu məsələdə günahı yoxdur. Sözsüz ki, son sözü hüquq-müdafiə orqanları deyəcək. Ancaq inanıram ki, Cavid Hüseynovun qısa müddət ərzində komanda sıralarına dönəcək". (Report)
saytlarin hazirlanmasi