"Qəbələ" Cavid Hüseynovu sifariş etməsinə aydınlıq gətirdi

17:25 - 12 Avqust 2015

"Həbs qətimkan tədbiri seçilmədən öncə..."

 

"Qəbələ" klubu hazırda məlum hadisə ilə əlaqədar həbsdə olan futbolçusu Cavid Hüseynovu Avropa Liqasının pley-off mərhələsinin oyunları üçün sifariş etməsinə aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, klubun yaydığı açıqlamada bunlar qeyd olunub:

 

"Qəbələ" İdman Klubunun UEFA Avropa Liqasının play-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni Hüseynovla bağlı həbs qətimkan tədbiri seçilmədən öncə göndərilmişdir".

Xəbər xətti