"Qəbələ"nin qarşısına ancaq çempion olmaq məqsədi qoyulub"
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Azərbaycana Premyer Liqasının 2-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Çoxdan idi süni örtüklü meydanda oynamırdıq. Son dövrlər oyun qrafikimiz də sıxdır, üç gündən bir oynamaq məcburiyyətində qalırıq. Hava da çox isti idi. Ona görə oyunun bizim üçün asan alındığını deməzdim. Amma biz oynadıq və qələbə qazandıq. Bu qələbə bizə çox lazım idi. Belə oyunlarda xal itkisi yersiz olardı. Ona görə də vacib qələbə qazandıq. Təbii ki, komandamızın qarşısında vacib hədəflər var. Yeni baş məşqçinin gəlişindən sonra komandamızda irəliləyiş çoxdur. Ona görə də "Qəbələ"nin qarşısına ancaq çempion olmaq məqsədi qoyulub". (CBC)
saytlarin hazirlanmasi