Gündə 1 dəfə məşq
UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun hazırlıqlarını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” avqustun 20-də Bakıda baş tutacaq qarşılaşmaya paytaxtda hazırlaşır.
Komanda Topaz Premyer Liqasının II turunun avqustun 15-də keçirilən AZAL-la oyunundan (2:0) sonra məşqlərinə ara verməyib.
Zədəli futbolçular artıq komandanın hazırlıqlarına qoşulduğundan “Qəbələ” tam heyətlə məşq keçib. Gündə bir dəfə məşq edən Roman Qriqorçukun yetirmələri hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verir.
saytlarin hazirlanmasi