"Uğurlu çıxışın davamı mütləq gələcək"
Azərbaycanı avrokuboklarda təmsil edən klublarımızın, o cümlədən, “Qəbələ”nin çıxışı futbol mütəxəssislərinin də maraq dairəsindədir. Onların arasında Məşqçilər Komitəsinin sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov da var.
Sportal.az xəbər verir ki, onlar "Qəbələ İK"ya açıqlamalarında fikirlərini bölüşdülər.
Vaqif Sadıqov komandanın Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etdiyini vurğulayıb: “Qəbələ” təkcə baxımlı futbol deyil, həm də xarakter göstərən komandadır. Qeyd edim ki, püşk bu komandaya güzəşt etməyib. “Qəbələ” hələ təsnifat mərhələlərində güclü rəqiblərlə qarşılaşsa da, hər birinə əsl gücünü göstərməyi bacardı. Həm də ayrı-ayrı futbol məktəblərinə qarşı oynamalı oldu. Baş məşqçi Roman Qriqorçuk “Qəbələ”yə qələbə ruhu, qələbə qazanmağa inam verən xüsusiyyətlər gətirə bilib. Bu, çox önəmlidir. Uğurlu çıxışın davamı mütləq gələcək. “Qəbələ” çempion “Qarabağ”la matçda da əsl simasını, çox mübariz komanda olduğunu göstərdi. Komandanız hesabda geriyə düşüb azlıqda qalsa da, özündə güc taparaq məğlubiyyətdən qurtula bildi”.
O, həmçinin, “Qəbələ”nin növbəti ilkə imza atacağına inanır: “Qəbələ”də komanda ruhu var. Bunun qrupa vəsiqə qazanmaqla nəticələnəcəyini gözləyirik. Mən bilərəkdən rəqiblərdən söz salmadım. Çünki hesab edirəm ki, tarixi yazan biz olmalıyıq”.
saytlarin hazirlanmasi