Bu mövsüm avrokuboklarda ən çox xal toplayan təmsilçimiz hansıdır?

19:51 - 20 Avqust 2015

0,875-i “Qəbələ”nin hesabında

 

Azərbaycan 2015/16 mövsümündə avrokuboklarda 2,375 xal toplayıb.

 

Sportal.az xəbər verir ki, bu xalların çoxu – 0,875-i “Qəbələ”nin hesabına yazılıb. Digər təmsilçilərimizdən daha yaxşı çıxış edən “qırmızı-qaralar” Avropa Liqasında bu il keçirdiyi 6 oyundan 3-də qalib gəlib, 1-də heç-heçə edib, 2-də uduzub.

 

UEFA təsnifat mərhələsində qələbəyə 0,250, heç-heçəyə 0,125 xal verir. Avropa Liqasında çıxışı başa vuran “İnter” 0,750, “Neftçi” 0,250 xal toplayıb. “Qarabağ” isə artıq vidalaşdığı Çempionlar Liqasında ölkəmizin hesabına 0,500 xal yazdıra bilib. Ağdam təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirdiyindən, xal ehtiyatını artıra bilər.

 

Azərbaycan UEFA-nın əmsallar cədvəlində 54 ölkə arasında 29-cudur. Ümumilikdə, hesabında 12,875 xal olan ölkəmiz 28-ci pillədə yer alan Serbiya ilə eyni xala malikdir. Siyahıda 26-cı və 27-ci pillələrdə olan Bolqarıstanla Sloveniyanın təmsilçiləri qalmadığından, onlara çata və hətta irəliləyə bilərik. Hazırda bu ölkələrlə aramızdakı xal fərqi cəmi 0,250, yəni 1 qələbəlikdir.
UEFA-nın açıqladığı cədvələ 84.427xalla İspaniya başçılıq edir.

 

Xatırladaq ki, qitə futbol qurumu avrokuboklarda son 5 mövsümdəki nəticələri nəzərə alır. ("Qəbələ" İk qəzeti)

Xəbər xətti