"Ancaq əsas odur ki, qol buraxmadıq"
"Çox çətin oyun oldu. Belə olacağını gözləyirdik. Məncə, qələbə də qazana bilərdik. Oyunun sonuna yaxın hər iki komandada yorğunluq hiss olunurdu. Qol vurmağımız yaxşı olardı. Ancaq əsas odur ki, qol buraxmadıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la ilk oyundan (0:0) sonra deyib. O bildirib ki, "Apollon"la görüşlə müqayisədə bu matçda təhlükəsizlik yüksək səviyyədə idi.
F.Nəcəfovun sözlərinə görə, cavab qarşılaşmasında da belə oynasalar, mərhələ keçmək şansları bərabər olacaq:
"Qrupa düşsək, bir yox, hətta iki transfer də edə bilərik. Çünki ehtiyat oyunçularımız azdır".
"Qəbələ"nin vitse-prezidenti onu da qeyd edin ki, Cavid Hüseynovun yoxluğu komandaya heç bir psixoloji təsir etməyib:
" Əksinə, futbolçular əzmkarlıq nümayiş etdirdilər. Onlara təşəkkür edirəm"
saytlarin hazirlanmasi