"Bayer Leverkuzen"in futbolçusu
Almaniyanın "Bayer Leverkuzen” klubunda ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, leverkuzenlilərin yeni transferi Çarles Aranquiz məşq zamanı zədələnib.Onun zədəsinin ciddi olduğu bildirilir. Tibbi müayinədən sonra çilili futbolçunun ən azı 8 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb
Qeyd edək ki, Çarles Aranquiz "Bayer"ə yay transfer dönəmində Braziliyanın "İnternasional” klubundan transfer edilmişdi.