Roman Qriqorçuk: "Mənim üçün nəticə çox önəmlidi"

00:14 - 24 Avqust 2015

"Biz tez-tez iki fərqli heyətə güvənirik"

 

"Futbolçular tərəfindən oyun ərzində müdafiədən hücuma keçmək cəhdləri oldu. Bu zaman səhvlərimiz vardı. Amma oyunçular işi görməyə çalışdılar".

 

Sportal.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 3-cü turu çərçivəsində "Kəpəz"lə keçirilən matçdan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Ukraynalı mütəxəssis nəticənin önəmli olduğunu qeyd edib: "AZAL ilə oyundan sonra bəzi məsələləri müzakirə etdik. Futbolçuları oynatmaq lazımdır ki, onlar kollektivə uyğunlaşsınlar. Azərbaycan çempionatının öz reqlamenti var. Ona görə də biz tez-tez iki fərqli heyətə güvənirik. Mənim üçün indiki məqamda nəticə çox önəmlidir. Vaxtımız olacaq ki, daha yaxşı futbol sərgiləyək. Gördüyümüz işə inanıram və bu inamım bizi yanıltmayıb. Avropa Liqasında güclü komandaya qarşı oynayacağıq. Var gücümüzlə çalışacağıq ki, nəticə qazanaq. Nəticə çox önəmlidir".

Xəbər xətti