"Qəbələ" ən yüksək bal toplayan abituriyentləri sevindirdi FOTO

12:19 - 24 Avqust 2015

Futbolçular hədiyyələri təqdim etdi

 

Dünən - "Qəbələ"-"Kəpəz" matçının start fitindən öncə ali təhsil müəssisələrinə imtahan zamanı ən yüksək bal toplamış və tələbə adını qazanmış üç Qəbələ sakininə futbolçularımızın hədiyyələri təqdim olundu.

 

Sportal.az xəbər verir ki, Zöhrə Siracbəyli (695 bal), Təranə Şirinbəyli (695 bal) və Xəyalə Əfəndiyeva (700 bal) noutbuk və pul mükafatını müvafiq olaraq Ürfan Abbasov, Aleksey Qay və Luis Hilario Dododan aldılar. 

 

Xəbər xətti