Bütün biletlər satılıb
Avropa Liqasının "pley-off" mərhələsində bugün keçiriləcək "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) cavab oyununa biletlərin hamısı satılıb.
Sportal.az qol.az-a istinadən xəbər verir ki, 16 min azarkeş tutumuna malik stadionun bütovlükdə dolacağı gözlənilir. Amma stadionda azərbaycanlı azarkeşlər çox az olacaq.
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu gün keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub. O, təəssüf hissi ilə bildirib ki, Azərbaycanda gördükləri azarkeş dəstəyini sabahkı qarşılaşmada görə bilməyəcəklər. Ukraynalı mütəxəssis azarkeşsiz oynamağın onların oyununa təsir edəcəyini də vurğulayıb.
saytlarin hazirlanmasi