Avropada ötən mövsümün ən yaxşı qolu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Barselona"nın futbolçusu Lionel Messinin Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya"ya qarşı ilk matçda vurduğu qol ötən mövsümün ən yaxşısı seçilib. Argentinalı hücumçunun bu qolu səslərin 39 faizini toplayıb.
"Real"ın futbolçusu Kriştiano Ronaldonun ÇL-də "Liverpul"a vurduğu qol ikinci (24 faiz) seçilib. Ən çox səs toplayan üçüncü qol isə Aaron Remsinin "Qalatasaray"la matçdakı qolu olub.