Sportal.az xəbər verir ki, "Qəbələ" bu nəticə ilə Azərbaycan futbolunda bir ilkə imza atıb. Belə ki, Roman Qriqorçukun yetirmələri 4 ardıcıl mərhələ keçən ilk Azərbaycan klubu olub. "Qəbələ" ilk mərhələdə "Dinamo" (Tbilisi) (1:2, 2:0), ikinci mərhələdə "Çukariçki" (Serbiya) (0:1, 2:0), 3-cü mərhələdə "Apollon" (Kipr) (1:1, 1:0) və pley-off-da isə Yunanıstan "Panatinaikos"unu (0:0, 2:2) mübarizədən kənarlaşdırıb.