"Məqsədimiz doğma meydanda qalib gəlməkdir"
PAOK-un futbolçusu Çaris Çarisis Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Sportal.az xəbər verir ki, o, Dortmund "Borusssiya" ilə düşməyi əvvəldən istədiklərini bildirib:
"Çünki Almaniyaya getmək və onların azarkeşləri qarşısında oynamaq bizim üçün yaxşı təcrübə olacaq. Məqsədimiz doğma meydanda qalib gəlmək və səfər oyunlarından ən yaxşı nəticələrlə qayıtmaqdır".
PAOK-un yarımmüdafiəçisi "Qəbələ" haqda da danışıb: "Qəbələ" "pley-off" mərhələsində "Panatinaikos" səddini keçib. "Qəbələ" ilə oyunda "Panatinaikos" kimi səhvlər etməməliyik. Buna görə də oyuna maksimum köklənməliyik".
Qeyd edək ki, PAOK C qrupunda "Qəbələ", Dortmund "Borussiya"sı və "Krasnodar"la yarışacaq.
saytlarin hazirlanmasi