"Bunun üçün bütün bacarığımızı ortaya qoyacağıq"
“Panatinaikos”la oyun çətin keçdi. Belə olacağını əvvəldən bilirdik. Bu üzdən də konsentrasiya üzərində çox çalışmışdıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la cavab oyunu (2:2) haqda fikirlərini bildirərkən deyib. Klubun rəsmi saytına danışan braziliyalı yarımmüdafiəçi qeyd edib ki, o, bütün komanda yoldaşlarımla birlikdə oyuna psixoloji cəhətdən tam köklənmişdilər:
"Qələbə üçün mübarizə aparmağı qarşımıza hədəf qoymuşduq. Çünki “Qəbələ” üçün Yunanıstan klubu ilə oyun çox vacib idi. Bu matç həm bütün futbolçular, həm “Qəbələ”nin adı üçün çox önəm daşıyırdı. Biz bu oyunda ürəyimizi qoyub, var qüvvəmizlə mübarizə apardıq. Ola bilsin ki, komanda istədiyi kimi çıxış edə bilmədi, amma əsas önəmli olan nəticədir. Biz də bunu bacardıq. İndi “Qəbələ”nin özünü, adını Avropada tanıtmaq vaxtıdır. Hədəfimizə çatdıq. Bizi qarşıda qrup mərhələsi gözləyir. Çalışacağıq ki, orada da layiqli çıxış edib, azarkeşlərimizi sevindirək. Bunun üçün bütün bacarığımızı ortaya qoyacağıq.
İlk qolda Rikardinyo, ikincidə Aleksey Qay ötürmə etməsəydi, mən fərqlənə bilməzdim. Nəticə qazanmışıqsa, bunu bütün komanda ilə etmişik. Son 10 dəqiqəni daha çox müdafiədə keçirməyimiz onunla bağlıdır ki, həm rəqib daha çox hücum edirdi, həm də nəticə bizim üçün sərfəli idi. Yaratdığımız qol imkanlarını qaçırdığımıza gəlincə, hər bir futbolçu qol vurmasını istəyər. Bu isə bəzən alınır, bəzən alınmır”.
saytlarin hazirlanmasi