Ötən gecə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Şimali İrlandiya - Macarıstan matçını idarə Cüneyt Çakır verdiyi qərarla marağa səbəb olub.
Sportal.az xəbər verir ki, türkiyəli referi yaşıl meydanlarda az-az görünən qərarla yadda qalıb. Belə ki, qarşılaşmanın 80-ci dəqiqəsində ev sahibinin futbolçusu Kris Bairdə rəqibinə qarşı sərt oynayıb. Topun Macarıstan millisində qaldığı üçün Çakır oyunu saxlamayıb. Ancaq eyni futbolçunun epizodun davamında digər futbolçuya qarşı da sərt oynaması qarşılaşmanın türkiyəli hakim tərəfindən dayanadırılması ilə nəticələnib. Cüneyt Çakır hər iki epizoda görə futbolçuya ayrılıqda iki sarı vərəqə verərək meydandan qovub.