San-Marino 14 ildən sonra qol vurdu və belə sevindi VİDEO

16:13 - 9 Sentyabr 2015

Son anlarda qələbəni əldən verib
 
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Litvanın qonağı olan San-Marino millisi 14 il sonra rəsmi matçda səfər qoluna imza atıb.
 
Sportal.az xəbər verir ki, "cırtdanlar"ın qolu böyük sevinclə qeyd etməsi marağa səbəb olub. Dünənki matçda San- Marino millisi son dəqiqələrdə heç-heçə əldən verərək 2:1 hesabı ilə məğlub olub.
 
Qeyd edək ki, sonuncu dəfə 2001-ci ildə Latviya ilə səfər oyununda San- Marino qol vura bilmişdi.

Xəbər xətti