"Borussiya"da ciddi itki: 6 həftə oynamayacaq

20:42 - 10 Sentyabr 2015

Durm əməliyyat olunub
 
Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ” ilə eyni qrupda yer alan "Borussiya " ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, Borussiya təmsilçisinin aparıcı müdafiəçisi Erik Durm zədələnərək sıradan çıxıb. Durm 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, ötən gün əməliyyat olunub. 
 
Qeyd edək ki, "Borussiya” Avropa Liqasının qrup mərhələsində "Qəbələ”, "Krasnodar” və PAOK  klubları ilə birgə mübarizə aparacaq.

Xəbər xətti