Ardıcıl 4-cü qələbə
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" bu gün Almaniya bundesliqasında növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi 4-cü turda səfərdə "Hannover"in qonağı olub. Qarşılaşma
"Borussiya"nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Borussiya" keçirdiyi 4 oyunda 12 xal toplayaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
"Hannover" - "Borussiya" - 2:4
Qollar: Artur Sobiech (1:0), Pyer-Emerik Obameyanq, 35 (1:1), Henrik Mxitaryan, 44 (1:2), Artur Sobiech, 53 (2:2), Felipe, 67-avtoqol (2:3), Pyer-Emerik Obameyanq, 85 (2:4)
saytlarin hazirlanmasi