Ronaldodan növbəti jest: Meydançaya suriyalı uşaqla çıxdı FOTOLAR

07:50 - 20 Sentyabr 2015

Futbolçudan insanlıq dərsi
 
Dünən İspaniya La Liqasında "Qranada" ilə qarşılaşan "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo növbəti jesti ilə diqqət çəkib.

Sportal.az xəbər verir ki, Ronaldo meydana 7 yaşlı suriyalı qaçqın uşaq Səid Osama Abdul Musin oğlu ilə birlikdə çıxıb. Osama Abdul Musin bir neçə gün öncə Serbiya-Macarıstan sərhədində macar bir operator tərəfindən badalaqla yeri yıxılaraq bütün dünya mətbuatında geniş yer almışdı. Məhz bu hadisədən sonra ata ilə oğul "Real" klubunun prezidenti tərəfindən qəbul edilir və atasına Futbol Akademiyasında məşqçilik işi verilir, oğlu isə artıq İspaniyada yeni həyata başlayır. 
 

Xəbər xətti