"Məşqə getməli idim"
Amerikalı məşhur aktyor və aykido ustası Stiven Siqal Azərbaycana səfəri çərçivəsində azərbaycanlı karate ustası Rafael Ağayevlə görüşüb.
Sportal.az atv.az-a istinadən xəbər verir ki, öz təəssüratlarını bölüşən Rafael bunları söylədi:
"Mənə zəng edib dedilər ki, Stiven Siqal səni axtarır. Doğrusu, məşqə getməli idim. Buna görə də yığma komandamızın baş məşqçisi Rəhman Hətəmovdan icazə alıb gəldim görüşə. Etiraf edim, Stiven Siqalın belə olmağını gözləmirdim.
O mən gözlədiyimdən daha nəhəng və hündür idi. Onun mənimlə səmimi söhbəti xoşuma gəldi. Mənə bildirdi ki, çıxışlarımı çoxdan izləyir və döyüş üslubum onun xoşuna gəlir”.
saytlarin hazirlanmasi