Paytaxt hazırlığı da bitdi
Avropa Liqasının qrup mərhələsinin II turunda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qısa istirahətdən sonra məşqlərini sentyabrın 28-də bərpa edən “qırmızı-qaralar” iki gün Bakıda məşq edib.
Bakı Olimpiya stadionunda baş tutan hazırlıqlara zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular qatılıb. Roman Qriqorçukun yetirmələri hər iki məşq zamanı toplu çalışmalara üstünlük verib. Bununla da “Qəbələ” paytaxtdakı hazırlığını yekunlaşdırıb.
"Qəbələ" bu gün səhər Rusiyanın Krasnodar şəhərinə yola düşəcək. Oyunöncəsi son məşq də qarşılaşmanın baş tutacağı “Kuban” stadionunda keçiriləcək. “Qırmızı-qaralar” bu arenaya Bakı vaxtı ilə saat 22.00-da çıxacaq. Saat 21.15-də isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və müdafiəçi Arif Daşdəmirovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
saytlarin hazirlanmasi