"Krasnodar"ın baş məşqçisi: "Bir neçə qol da vura bilərdik"

02:57 - 2 Oktyabr 2015

"Amma bizim üçün asan oyun olmadı"
 
"Qəbələ" çox yaxşı komandadır. Bu oyunda meydanda yaxşı futbol gördük. Son dəqiqələrdə fərqləndik, amma bir neçə qol da vura bilərdik". 
 
Sportal.az qol.az-a istinadən xəbər verir ki, bunu "Krasnodar"ın baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. 
 
"Qəbələ" hücuma keçdiyində müdafiədə boşluqlar olurdu. Amma bizim üçün asan oyun olmadı. İlk 20-30 dəqiqədə bir neçə qol vura bilərdik. Qələbəyə görə şadıq" - deyə Kononov bildirib.
 
O, komandasını həm çempionat, həm kubok, həm də Avropa Liqasında çətin oyunlar gözlədiyini bildirib.

Xəbər xətti